Xəbər lenti

İlham Səlimzadə polis tərəfindən saxlanılıb Fotolar

Tarix: 09-04-2025 19:37     Baxış: 1 309

DİN BNMİ Masallıda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısını alıb.

Mubarizciler.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir. Son olaraq Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb. 

İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. 

Paytaxt və bölgələrdə bütün növ narkotik və psixotrop maddələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar