Xəbər lenti
21-04-2025, 11:54
 

Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Fotolar

Tarix: 08-04-2025 16:34     Baxış: 672

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 7-də və 8-də Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Mubarizciler.az  DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Nazir əvvəlcə Şəki şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 312 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 198 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar