Xəbər lenti
Dünən, 19:50
 
18-11-2024, 12:06
 

M.Mazanov: Mingəçevirdə inşa ediləcək yeni elektrik stansiyası Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək 0

Tarix: 19-02-2023 19:26     Baxış: 1 213

Mingəçevirdə inşa ediləcək yeni elektrik stansiyası Azərbaycanın  inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək

   

  Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur.Ulu Öndər Heydər Əliyevin  rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ilk illərində Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 

   Azərbaycanın müstəqillik dövrünün ən nəhəng istilik elektrik stansiyasının inşasına İtaliya şirkətlərinin cəlb olunması təsadüfi deyil. İtaliya ilə Azərbaycan strateji tərəfdaş olan dost ölkələrdir. Vətən müharibəsi dövründə də İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Bu ölkənin mediasında yalnız obyektiv materiallar yayımlanırdı, məhz ona görə də Ermənistanın dezinformasiya siyasəti iflasa uğrayırdı. Hər iki ölkə bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir. İtaliya ilə əməkdaşlıq həm də Azərbaycanın Avropanın enerji resursları ilə təmin olunmasında artan rolunun tərkib hissəsidir. Bu mənada Mingəçevirdə təxminən 1300 meqavat gücündə olan stansiyanın inşasına İtaliya şirkətlərinin cəlb edilməsi effektiv nəticələr əldə eməyə imkan verəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Bu əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

  Cənab  Prezident İlham Əliyevin cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı ilə əlaqədar tədbirdə qeyd etdiyi kimi, “Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”.

    Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. 

  İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri də məhz elektroenergetika sahəsindən başlandı: “Cənab İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.

   Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar