Xəbər lenti
21-04-2025, 11:54
 

Şəhid Nüsrətli Ceyhunun xatirəsi yad edilib Fotolar

Tarix: 08-04-2025 13:44     Baxış: 301

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş  Nüsrətli Ceyhun Aqil oğlunun doğum günü münasibətilə 08 aprel 2025-ci il tarixində Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Mubarizciler.az xəbər verir ki, tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Nüsrətli Ceyhun Aqil oğlu- 8 aprel 1995-ci ildə Bakıda dünyaya göz açmış, ilk təhsil həyatına 2001-ci ildə  qədəm qoymuşdur. Olduqca aktiv şagird olan Ceyhun dərslərini yaxşı oxumaqla bərabər idmanla da maraqlanırdı. O, uzun müddət güləş və cüdo idman növləri ilə məşğul olmuşdur. Fiziki gücü özündə ehtiva edən idman növlərindən əlavə Ceyhun gözəl şahmat oynamağı bacarırdı.

    Ceyhun 2012-ci ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya müəllimliyi fakültəsinə qəbul olunur. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirir və  həmin ilin oktyabr ayında hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycanın üfüqlərində yeni bir günəş göründü. İllərdir həsrətində olduğumuz torpaqları azad etmək fürsəti və həmin gün Ceyhunun xidmət müddətinin bitməsinə cəmi 4 gün qalmışdı. Vətən müharibəsində düşmənə qarşı qəhrəmancasına döyüşən Ceyhun  29. 09. 2020 ci il tarixdə şiddətli döyüşlərin birində  düşmənin minaatan atəşi nəticəsində şəhidlik zirvəsinə ucalır.

   O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəmcamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar