Xəbər lenti
21-04-2025, 11:54
 

Elçin Kərimov Gəncədə görüş keçirib Fotolar

Tarix: 08-04-2025 11:52     Baxış: 567

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov STEAM tədris olunan ümumi təhsil müəssisələrinin direktor və kordinatoru, həmçinin STEAM Mərkəzinin əməkdaşları ilə görüşüb.

Mubarizciler.az görüşdə qarşıda duran vəzifələr barədə məlumat verilib, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 16 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiq edilir.

STEAM layihəsinin məqsədi təhsilalanlarda XXI əsr bacarıqlarını — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, effektiv ünsiyyət və problemlərin həllində innovativ yanaşma qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə praktiki və yaradıcı öyrənmə mühitinin qurulması vasitəsilə müxtəlif fənlərin inteqrativ yanaşma əsasında tədrisini təşviq edir. Təhsilalanlar real həyat problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq etməyi öyrənirlər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar