Xəbər lenti
21-04-2025, 11:54
 

Şəhid atası Əsgər Abbasov dəfn edilib - Fotolar

Tarix: 05-04-2025 20:36     Baxış: 336

Tərtərdə şəhid Aysənan Abbasovun atası dəfn olunub.

Mubarizciler.az xəbər verir ki, Vətən Müharibəsi şəhidi Aysənan Abbasovun uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən atası Əsgər Abbasov vəfat edib. 

Şəhid atasının Seydimli kəndində keçirilən dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları,YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədirləri, şəhid ailələri, qazilər, veteranlar, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.

Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə-Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.  

Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı-5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb. 

Aysənanın xatirəsinə ehtiram əlaməti olaraq Seydimli kəndində onun adına xatirə abidəsi ucaldılıb.

Allah rəhmət eləsin!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar