Xəbər lenti
18-11-2024, 12:06
 

Rpvşən Qurbanov: Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir 0

Tarix: 19-02-2023 19:25     Baxış: 1 129

Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir


Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və ölkəmiz dünya miqyasında digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi tanınır.

Cənab Prezident İlham Əliyev fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında Azərbaycanın energetiklər şəhəri Mingəçevirdə tikiləcək 1280 MVt gücündə istilik elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə çıxış edərək qeyd edib ki, Azərbaycanın ikinci ən böyük istilik elektrik stansiyası olacaq bu enerji obyektinin tikintisi təxminən 400 milyon dollara başa gələcək. Dövlət başçısı bildirib ki, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. “Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür”, deyə İlham Əliyev vurğulayıb.

Azərbaycanın Avropa regionuna qaz və neft məhsulları ilə yanaşı, gələcəkdə "yaşıl enerji" ixracında da rolunu artıracaq. Respublikamız bölgədə bütün növ enerji mənbələri üzrə aparıcı dövlətlərdən birinə çevriləcək. Azərbaycan çox böyük "yaşıl enerji" potensialına da malikdir. Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, işğaldan azad edilmiş torpaqlarda isə bu ehtiyatlar 10 qiqavata yaxındır. Bu resursların istehsalı üçün Azərbaycan dünyanın ən nüfuzlu investorları ilə sazişlər imzalayıb. "Masdar" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədi imzalanıb. Eləcə də "Fortescue" şirkəti ilə əməkdaşlıq sazişinə imza atılıb. Həmçinin, "ACWA Power" şirkəti 2,5 qiqavat enerji istehsal edəcək. Bu, onu göstərir ki, Azərbaycan Avropaya həm də, "yaşıl enerji" ixrac edə biləcək. Artıq bununla bağlı 2022-ci il dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş də imzalanıb. Bu marşrut Azərbaycanı bərpaolunan enerji sahəsində də çox mühüm ixrac mənbəyinə çevirəcək. Azərbaycan istehsala dünyadakı qabaqcıl texnologiyaları tətbiq edir. Ümumiyyətlə, Azərbaycan enerji sahəsində son iki ildə böyük addımlar atır.  Burada "yaşıl enerji" sahəsində görülən işləri də xüsusilə vurğulamaq lazımdır. Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir və bu, ölkəmizə həm iqtisadi, həm də, siyasi güc verir. Azərbaycan elektrik enerjisini artıq qonşu ölkələrə, o cümlədən, Avropaya ixrac edə bilir və ixrac potensialı, ixracat ildən-ilə artır. Bütün bunlar, ölkə Prezidenti İlham Əliyevin praqmatik siyasətinin göstəriciləridir. Bizi dəstəkləyən ölkələri iqtisadi tərəfdən də özümüzə yaxın hesab edirik. İqtisadi layihələrdə maraqlar artanda siyasi dəstək də artır. Bu, beynəlxalq siyasətdə ən uğurlu addımlardan biridir.

Rövşən Qurbanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar