Xəbər lenti

Goranboyda 2025-ci ilin 1-ci rübünün yekunları müzakirə edildi - Fotolar

Tarix: 04-04-2025 18:01     Baxış: 917

Goranboy rayon İcra Hakimiyyətində  2025-ci ilin 1-ci rübünün yekunları müzakirə edildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi.  İclasda Şura üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər.  Şurada “2025-ci ilin 1-ci rübü ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və  qarşıda duran vəzifələr barədə” məruzə dinlənildi,  rayonun həlli vacib məsələləri barədə geniş müzakirələr aparıldı. RİH Başçısı yanında Şuranın və RİH-nin Tədbirlər Planına uyğun olaraq, işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi. İclasın sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar