Xəbər lenti

Daşkəsəndə ağacəkmə aksiyası keçirilib

Tarix: 04-04-2025 17:11     Baxış: 721

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyaları Qazaxyolçular, Xoşbulaq, Çovdar, Qabaqtəpə və Çanaqçı kəndlərində keçirilib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazaxyolçular, Xoşbulaq, Çovdar, Qabaqtəpə və Çanaqçı kəndlərində keçirilmiş növbəti ağacəkmə aksiyaları Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Vətən müharibəsi şəhidi Muraz Cabbarovun anası Zeynəb Cabbarova ilə birgə ağac əkməsi ilə başlayıb. Rayonun ekoloji görkəminin yaxşılaşdırılması məqsədi daşıyan aksiyalarda məsul şəxslər, sakinlər, gənc könüllülər və ictimaiyyət fəalları iştirak ediblər.

Ağacəkmələrin keçirildiyi ərazilər əvvəlcədən hazırlanaraq, suvarma və qulluq üçün uyğun vəziyyətə gətirilib. Aksiyalar zamanı yol kənarlarında, məktəb həyətlərində və digər ictimai məkanlarda müxtəlif növ ağac tingləri əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.

Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan çoxsaylı ekoloji tədbirlər qanunvericilik prinsipləri ilə ekoloji məsuliyyətin harmoniyasını təmsil edir. Əkilən ağaclar rayonun ekologiyasına töhfə olmaqla yanaşı, gələcək nəsillər üçün də təbii bir irs kimi qalacaqdır.    

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyaları Qazaxyolçular, Xoşbulaq, Çovdar, Qabaqtəpə və Çanaqçı kəndlərində keçirilib



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar