Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Elnur Rzayev vətəndaşların müraciətlərini dinləyib - Fotolar

Tarix: 03-04-2025 20:27     Baxış: 966

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə  Qaradağlı kəndində səyyar qəbul keçirib.

Mubarizciler.az xəbər verir ki, Qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaradağlı, Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Qaradağlı kəndindən olan şəhid Qismət Nuru oğlu Nuruyevin büstü önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. 

Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Sakinlər su təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, məktəb binasının  əsaslı təmiri və digər müraciətlər səsləndiriblər. 

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar