Xəbər lenti

Elçin Kərimov əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalovu təltif edib - Fotolar

Tarix: 03-04-2025 10:37     Baxış: 1 939

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Gəncə şəhər 23 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elçin  Zeynalovu təhsil və İdman sahəsində səmərəli fəaliyyəti və 77 illik yubileyi münasibətilə təbrik edərək təşəkkürnamə ilə təltif edib. 

Mubarizciler.az xəbər verir ki, görüşdə GDRTİ-nin müdiri Elçin Kərimov əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalovu 77 illik yubileyi münasibətilə təbrik edərək, ona can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Elçin Zeynalovun bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar