Xəbər lenti

Terrorçunu zərərsizləşdirən Vasifin yeni FOTOLARI 0

Tarix: 19-02-2023 12:41     Baxış: 1 298

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

 MUBARİZCİLER.AZ xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova instaqram hesabında bununla bağlı paylaşım edib.

Məlumata görə, Vasif Tağıyev Xalq artistinin dayısı nəvəsidir.

Qeyd edək ki, V.Tağıyev göstərdiyi şücaətə görə Prezident tərəfindən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar