Xəbər lenti

Anar Məmmədov Qazini ziyarət edib - Fotolar

Tarix: 31-03-2025 14:01     Baxış: 1 078

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Tərtər şəhər sakini, Vətən müharibəsinin qazisi Məmişov Rəşad Ələsgər oğlunu ziyarət edib, qazinin qayğıları ilə maraqlanıb. 

Mubarizciler.az xəbər verir ki, ziyarət zamanı qazimizin Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışılıb.

Millət vəkili Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Rəşad Məmişov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Rəşad Məmişov da şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına daim göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar