Xəbər lenti

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq

Tarix: 30-03-2025 18:59     Baxış: 861

Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Laçın, Şuşa, Xankəndi, Ağdərə, Ağdaş, Ağdam, Xocavənd, Göygöl, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Masallı, Hacıqabul, Füzuli, Gəncə, Samux, Goranboy, Daşkəsən, Naftalan, Zərdab, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şəki, Qax və Zaqatalada cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayılda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar