Fuad Zamanovun rəhbərliyi ilə Şəhid ailəsi ziyarət olunub - Fotolar
Ramazan bayramı münasibəti ilə şəhid Fərid Adıgözəlovun evi ziyarət olunub.
Mubarizciler.az xəbər verir ki, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdləri məktəbin məzunu,Vətən müharibəsində şəhadətə ucalmış Fərid Adıgözəlovun evini ziyarət ediblər. Görüşdə məktəbin direktoru Fuad Zamanov Ramazan bayramı münasibəti ilə təbriklərini çatdırıb.Fərid Adıgözəlovun müəllimi olmuş Təranə Zamanova, Zülfimar Nuruyeva şəhidimiz həyat yolundan,məktəb illərindən və Vətən müharibəsində ordumuzun sücaəti haqqında danışıblar. Daha sonra şagirdlərin ifasında şeirlər və kompazisiyalar səsləndirilib.Şagirdlər şəhidimizin yadigarı Gülsurə Adıgözəlova ilə xatirə şəkli çəkdiriblər.Şəhidimizin anası Rahilə xanım və qardaşı Əsgər Adıgözəlov qonaqlara təşəkkürünü bildirib.
Qeyd edək ki,şəhid Fərid İlqar oğlu Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində dünyaya gəlib. 1999-cu ildə Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olan Fərid 2009-cu ildə həmin məktəbin məzunu olub. 2010-ci ildə hərbi xidmətə çağırılıb.Hələ uşaqlıqdan hərb sənətinə böyük marağı olan qəhrəmanımız 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. II Qarabağ müharibəsinin ilk günündən ön cəbhədə olan Fərid torpaqlarımızın işğalçılardan azad olunması uğrunda cəbhənin Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə şücaət göstərib. İgidimiz Talış kəndi istiqamətində hərəkətdə olan tankın aşması nəticəsində aldığı zədədən şəhidlik zirvəsinə ucalıb və 18 oktyabr 2020-ci il tarixdə doğulduğu Naftalan şəhərində böyük izdihamla torpağa tapşırılıb.Şəhid Fərid Adıgözəlov "Suqovuşanın azad olunmasına görə" , “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Naftalan şəhər İ.Nəsimi adına məktəbdə şəhidin təhsil aldığı sinif hal-hazırda onun adını daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xəbəri paylaş



