Xəbər lenti

Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti alqışa layiqdir

Tarix: 28-03-2025 18:08     Baxış: 833

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.

Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində görülən mühüm işlərdən biri də 1919-cu il martın 28-də xüsusi xidmət orqanının yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general-leytenant Səməd bəy Mehmandarov və Hərbiyyə Nazirliyinin Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin 157 saylı əmri ilə Baş Qərargahın tərkibində ilk təhlükəsizlik orqanı - kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra örnək olan ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyev demişdir: “...Bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının yaratdığı orqandan götürmək doğru, düzgün və məqsədəuyğun qərardır. Bu təklifi mənə təqdim edən kimi bunu məmnuniyyətlə qəbul etdim və 28 mart gününü Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan etdim”

ÖLKƏMİZIN MİLLİ TƏHLÜKƏSİZLİYİ ETİBARLI ƏLDƏDİR

Azərbaycan xüsusi xidmət orqanının rəhbəri, general-leytenant, Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır.

Ə.Nağıyev 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və  (MTN) əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir. O, (2000-2004) illərdə AR MTN-nin Əks-kəşfiyyat idarəsinin rəis müavini, 2004-2005-ci illərdə AR MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi, 2005-2011-ci illərdə Milli Təhlükəsizlik nazirinin müavini, 2011-2019-cu illərdə isə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

 Prezident İlham Əliyevin 27 mart 2006-cı iltarixində imzaladığı Sərəncamla general-mayor hərbi rütbəsi verilib.

Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixində  imzaladığı Sərəncamla general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

27 iyun 2019-cu il tarixli 1300 nömrəli sərəncamla Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: “Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir”.

Təəssüf ki, Əli Nağıyevə qədər xüsusi xidmət orqanlarının imici ciddi şəkildə zədələnmişdi. Eldar Mahmudovun yaratdığı banda insanlara zülm verir, sahibkarları soğan kimi soyurdular. Bu adamlar təhlükəsizliyi həyata keçirmək əvəzinə özləri təhlükəyə çevirilmişdilər. Əli Nağıyevin təyinatı ilə bu sahədə köklü dəyişikliklər baş verdi. Qara maskalı ağ niyyətli oğlanların bir-birinin ardınca keçirdikləri əməliyyatlar cəmiyyətdə rəğbətlə qarşılanıb. Bu əməliyyatlar peşəkar çekist olan Əli Nağıyevin rəhbərliyi ilə çox yüksək səviyyədə həyata keçirilib. Əli Nağıyevin qısa müddətdə formalaşdırdığı komanda bu əməliyyatları peşəkarcasına həyata keçirib”.

Əli Nağıyev təhlükəsizlik orqanlarında püxtələşmiş, yetişmiş kadrdır. Onun bu vəzifəyə təyinat almağı qanunauyğunluq idi. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən – leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında pillə ilə yüksəlib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, nazir müavini səviyyəsinədək böyük bir yol keçib. O, peşəkar bir çekistdir. Ötən 1 il ərzində Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı əsaslı işlər görülüb. Əsas məsələ dövlətin təhlükəsizliyini qorumaqdır. Bundan əvvəl qeyd olunan postda oturan Eldar Mahmudovun işi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq idi. Onun özü dövlətin təhlükəsizliyinə təhlükə idi. Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilməsi bu sahəyə illərlə vurulan ziyanı müəyyən mənada kompensasiya etmiş oldu. 1 il ərzində nə etmək mümkün idisə, bu işlər artıqlaması ilə, həm də keyfiyyətlə yerinə yetirildi. Öz işini bilən, rəhbərlik etdiyi sahəyə yaxşı bələd olan kadrların vəzifəyə təyin olunması ötən 1 il ərzində müsbət mənada dəyişiklikləri ortaya qoyub. Əli Nağıyevin rəhbərliyi altında icra başçılarının ifşasını, nazir müavininin həbsini və bu qəbildən olan əməliyyatları cəmiyyət olduqca yaxşı qarşıladı. Əli Nağıyev təhlükəsizlik orqanının imicini 1 il ərzində qaldıra bildi

Əli Nağıyev vaxtilə əldə silah vətən torpaqlarının qorunmasında yaxından iştirak edib: “Bunun foto və video faktları mövcuddur. O vaxt Azərbaycanda ordu quruculuğu hələ başlamamışdı. Polis və xüsusi xidmət orqanlarının təmsilçiləri erməni işğalçılarına qarşı əldə silah gecə-gündüz vuruşurdular. Bu şərəfli və müqəddəs işi görənlərdən biri də Əli Nağıyev olub. İndi də o, Azərbaycan dövlətinin təhlükəsizliyi uğrunda gecə-gündüz mübarizə aparır”.

Şübhə yoxdur ki, Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevlə birlikdə daha da peşəkar sima qazanacaq.

“DTX-NIİN BAŞQA İSTİQAMƏTLƏRDƏ DƏ UĞURLARI VAR, SADƏCƏ MƏXFİLİK BAXIMINDAN AÇIQLANMIR”

 Xüsusi xidmət orqanları istənilən dövlətin əsas sütunlarından biridir. Bu tarixən belə olub. Dünyada ilk dövlətlər qurulanda da casusluq, xəbər çatdırma, kəşfiyyat bu gündən baxanda bəzən primitiv təsir bağışlasa da istənilən dövlətin ilk strukturlarından olub. Bu gün isə dünya informasiya ilə idarə olunur, informasiya ilə dünyanın təhlükəsizliyi qorunur, ona görə də böyük dövlətlərin hələ yalnız kəşfiyyata ayırdığı illik vəsait on milyardlarla hesablanır. Təbii ki, Azərbaycan Respublikasının da xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin, dövlətçiliyin ən vacib strukturu hesab edilir.

 Adətən, xüsusi xidmət orqanının fəaliyyəti məxfiliyə görə çox açıqlanmır, KİV-də nadir hallarda hansısa yekunlaşmış işlər barədə məlumatlar verilir. General-leytenant Əli Nağıyevin DTX-ya rəhbərlik etdiyi bu bir ili cəmiyyətin görmək istədiyi bir xüsusi xidmət orqanının fəaliyyəti kimi dəyərləndirilir.  Ona görə ki, on ildən çox müddətdə rüşvət və korrupsiya yuvasına çevrilmiş bir orqan, sözün əsl mənasında rüşvət və korrupsiyaya qarşı mübarizə aparan bir təşkilata çevrilə bilib. Bütün ölkənin  gözü qarşısında baş verən anti korrupsiya əməliyyatları, yüksək vəzifəli məmurların – icra başçılarının, nazirlərin, hərbi generalların, yerli idarəetmə orqanlarına rəhbərlik edənlərin ifşası qısa müddətdə sübut etdi ki, dövlətin təhlükəsizliyini təhdid edən korrupsiya və rüşvətə qarşı ən yaxşı mübarizəni, məhz DTX aparır. Təbii ki, bu uğurun qazanılmasında xidmət rəsinin rolu yüksəkdir. Onun gördüyü işlərin təbii ki, hamısı olmasa da, müəyyən hissəsi göz önündədir və ən əsası bu fəaliyyət cəmiyyət tərəfindən də müsbət qiymətləndirilir.

DTX-nı xüsusi xidmət orqanlarını fərqləndirən bir əlamət  əməkdaşların peşəkarlığı, çevikliyi ilə yanaşı eyni zamanda çox mədəni hərəkət etmələri, etikadan kənara çıxmamaları, qarşısındakı şübhəli şəxslə (cinayəti hələ sübut olunmadığı üçün) qanun çərçivəsində, ona hüquqlarının izah edilməsi, xalqımızın da dəyərlərini gözləməklə rəftar edilməsi göstərir ki, rəhbərlik yalnız həbs olunmanı deyil, bütün qanun və qaydaları, hətta yazılmamış mənəvi qanunları qorumağı da şəxsi heyətə bir vəzifə olaraq tapşırıb. Bu nüansı xüsusi olaraq vurğulamağın səbəbini yəqin ki, dəyərli oxucu anladı- son günlər ictimai asayişi qoruyan güc strukturlarının bəzi əməkdaşlarının vətəndaşlara qarşı göstərdiyi qeyri-adekvat hərəkətlər yalnız qəzəb doğurdu və onlara tövsiyyə edərdim ki, milyonlarla rüşvət üstündə tutulmasına baxmayaraq, yenə də həmin şəxslərə qarşı bütün əməliyyat boyu etika və qanun çərçivəsində hərəkət etmiş DTX-dan nümunə götürsünlər.

   DTX daha çox əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldur, amma dövlətin təhlükəsizliyi geniş anlamdadır, yalnız xarici kəşfiyyata qarşı görülən əməliyyat tədbirləri ilə məhdudlaşmır. Terrorla mübarizə, kütləvi etiraza səbəb ola biləcək fəaliyyət, həyati vacib obyektlərin qorunması, iqtisadi təhlükəsizlik, səhiyyə, təhsil təhlükəsizliyi, ekoloji təhlükəsizlik, vəzifəli şəxslərin tutduğu mövqedən sui-istifadə hallarına yol verməsi və sairə. Bu günlərdə İŞİD-ə qoşulmuş Azərbaycan vətəndaşı Adilov Salehin Türkiyə ərazisində tutulması ciddi uğurdur. Qeyd etmək lazımdır ki, DTX-nın son bir ildə başqa istiqamətlərdə də uğurları var, sadəcə məxfilik baxımından açıqlanmır.

Həmçinin , yeni rəhbərlik peşəkar kadrların hazırlanmasına xüsusi önəm verir, xidmətin Akademiyasının rəhbərliyi dəyişdirilib, çünki qarşıya qoyulan təhlükəsizlik məsələləri yalnız peşəkar heyətlə həyata keçirilə bilər.

DTX-nın keçirdiyi əməliyyatlar haqqında xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin zamanında yaydığı məlumatların da peşəkarcasına hazırlandığı xüsusi qeyd edilməlidir. Şaiyələrə, yalanlara imkan vermədən bir neçə mərhələdə informasiyanın ictimaiyyətə çatdırılır. Əməliyyat keçirilməsi haqqında ilkin məlumatən yayılması, ardınca əməliyyatın necə keçirilməsi haqqında detallı videomaterialların çatdırılması da sübut edir ki, bu istiqamətdə də xeyli irəliləyiş var. Sonda Dövlət Təhlükəsizlik Xidmətinin bütün kollektivinə Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək yolunda uğurlar arzulayır və inanıram ki, peşəkar bir şəxsin rəhbərliyi dönəmində onlar bu çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər. DTX-NIİN BAŞQA İSTİQAMƏTLƏRDƏ DƏ UĞURLARI VAR, SADƏCƏ MƏXFİLİK BAXIMINDAN AÇIQLANMIR

Xüsusi xidmət orqanları istənilən dövlətin əsas sütunlarından biridir. Bu tarixən belə olub. Dünyada ilk dövlətlər qurulanda da casusluq, xəbər çatdırma, kəşfiyyat bu gündən baxanda bəzən primitiv təsir bağışlasa da istənilən dövlətin ilk strukturlarından olub. Bu gün isə dünya informasiya ilə idarə olunur, informasiya ilə dünyanın təhlükəsizliyi qorunur, ona görə də böyük dövlətlərin hələ yalnız kəşfiyyata ayırdığı illik vəsait on milyardlarla hesablanır. Təbii ki, Azərbaycan Respublikasının da xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin, dövlətçiliyin ən vacib strukturu hesab edilir.

  Adətən, xüsusi xidmət orqanının fəaliyyəti məxfiliyə görə çox açıqlanmır, KİV-də nadir hallarda hansısa yekunlaşmış işlər barədə məlumatlar verilir. General-leytenant Əli Nağıyevin DTX-ya rəhbərlik etdiyi bu bir ili cəmiyyətin görmək istədiyi bir xüsusi xidmət orqanının fəaliyyəti kimi dəyərləndirilir.  Ona görə ki, on ildən çox müddətdə rüşvət və korrupsiya yuvasına çevrilmiş bir orqan, sözün əsl mənasında rüşvət və korrupsiyaya qarşı mübarizə aparan bir təşkilata çevrilə bilib. Bütün ölkənin  gözü qarşısında baş verən anti korrupsiya əməliyyatları, yüksək vəzifəli məmurların – icra başçılarının, nazirlərin, hərbi generalların, yerli idarəetmə orqanlarına rəhbərlik edənlərin ifşası qısa müddətdə sübut etdi ki, dövlətin təhlükəsizliyini təhdid edən korrupsiya və rüşvətə qarşı ən yaxşı mübarizəni, məhz DTX aparır. Təbii ki, bu uğurun qazanılmasında xidmət rəsinin rolu yüksəkdir. Onun gördüyü işlərin təbii ki, hamısı olmasa da, müəyyən hissəsi göz önündədir və ən əsası bu fəaliyyət cəmiyyət tərəfindən də müsbət qiymətləndirilir.

DTX-nı xüsusi xidmət orqanlarını fərqləndirən bir əlamət  əməkdaşların peşəkarlığı, çevikliyi ilə yanaşı eyni zamanda çox mədəni hərəkət etmələri, etikadan kənara çıxmamaları, qarşısındakı şübhəli şəxslə (cinayəti hələ sübut olunmadığı üçün) qanun çərçivəsində, ona hüquqlarının izah edilməsi, xalqımızın da dəyərlərini gözləməklə rəftar edilməsi göstərir ki, rəhbərlik yalnız həbs olunmanı deyil, bütün qanun və qaydaları, hətta yazılmamış mənəvi qanunları qorumağı da şəxsi heyətə bir vəzifə olaraq tapşırıb. Bu nüansı xüsusi olaraq vurğulamağın səbəbini yəqin ki, dəyərli oxucu anladı- son günlər ictimai asayişi qoruyan güc strukturlarının bəzi əməkdaşlarının vətəndaşlara qarşı göstərdiyi qeyri-adekvat hərəkətlər yalnız qəzəb doğurdu və onlara tövsiyyə edərdim ki, milyonlarla rüşvət üstündə tutulmasına baxmayaraq, yenə də həmin şəxslərə qarşı bütün əməliyyat boyu etika və qanun çərçivəsində hərəkət etmiş DTX-dan nümunə götürsünlər.

   DTX daha çox əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldur, amma dövlətin təhlükəsizliyi geniş anlamdadır, yalnız xarici kəşfiyyata qarşı görülən əməliyyat tədbirləri ilə məhdudlaşmır. Terrorla mübarizə, kütləvi etiraza səbəb ola biləcək fəaliyyət, həyati vacib obyektlərin qorunması, iqtisadi təhlükəsizlik, səhiyyə, təhsil təhlükəsizliyi, ekoloji təhlükəsizlik, vəzifəli şəxslərin tutduğu mövqedən sui-istifadə hallarına yol verməsi və sairə. Bu günlərdə İŞİD-ə qoşulmuş Azərbaycan vətəndaşı Adilov Salehin Türkiyə ərazisində tutulması ciddi uğurdur. Qeyd etmək lazımdır ki, DTX-nın son bir ildə başqa istiqamətlərdə də uğurları var, sadəcə məxfilik baxımından açıqlanmır.

Həmçinin , yeni rəhbərlik peşəkar kadrların hazırlanmasına xüsusi önəm verir, xidmətin Akademiyasının rəhbərliyi dəyişdirilib, çünki qarşıya qoyulan təhlükəsizlik məsələləri yalnız peşəkar heyətlə həyata keçirilə bilər.

DTX-nın keçirdiyi əməliyyatlar haqqında xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin zamanında yaydığı məlumatların da peşəkarcasına hazırlandığı xüsusi qeyd edilməlidir. Şaiyələrə, yalanlara imkan vermədən bir neçə mərhələdə informasiyanın ictimaiyyətə çatdırılır. Əməliyyat keçirilməsi haqqında ilkin məlumatən yayılması, ardınca əməliyyatın necə keçirilməsi haqqında detallı videomaterialların çatdırılması da sübut edir ki, bu istiqamətdə də xeyli irəliləyiş var. 

Sonda Dövlət Təhlükəsizlik Xidmətinin bütün kollektivinə Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək yolunda uğurlar arzulayır və inanıram ki, peşəkar bir şəxsin rəhbərliyi dönəmində onlar bu çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Mubarizciler.az 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar