Xəbər lenti

Prezidentdən ağdamlı gənclərə səmimi sual - VİDEO

Tarix: 28-03-2025 18:02     Baxış: 1 029

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Mubarizciler.az ın məlumatına görə, daha sonra dövlət başçısı və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə səmimi söhbət ediblər.

Prezident İlham Əliyev: Cavanlar da gəlib. Həvəslə gəlmisiniz?

Sakinlər: Bəli, əlbəttə.

Prezident İlham Əliyev: Onlar heç görməyiblər buraları.

Sakin: Görməyiblər. Yəni, görməyənlər də belə gəlib görmək istəyirlər ki, işğaldan azad olunmuş torpaqlarımız nə cür bərpa olunur. Allah həmişə dövlətimizin bayrağını uca etsin.

Prezident İlham Əliyev: Sağ olun. Otuz il ərzində ədalətsizliklə üzləşmişdik. Bu ədaləti biz özümüz bərpa etdik və biz hər gün ədalət təntənəsini görürük.

Sakinlər: Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.

Sakin: İnşallah. Çox sağ olun, minnətdarıq. Allah Sizi var eləsin, Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun, çox sağ olun.

Həmin görüntüləri təqdim edirik:



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar