Azər Əmiraslanov növbəti dəfə vətəndaş qəbulu keçirib - Fotolar
Ağstafa rayonunun millət vəkili, Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov növbəti dəfə vətəndaş qəbulu keçirib.
Mubarizciler.az xəbər verir ki, görüş Ağstafa rayonunun Xətai, Yenigün və Qaçaq Kərəm kəndlərinin sakinləri ilə təşkil olunub. Qəbul zamanı 30 nəfər vətəndaş iştirak edib və onların müraciətləri dinlənilib. Həlli mümkün olan məsələlər yerindəcə aradan qaldırılıb, digər müraciətlərlə bağlı isə aidiyyəti qurumlara tapşırıqlar verilib.
Azər Əmiraslanovun seçiciləri ilə bu cür mütəmadi görüşlər keçirməsi və onların problemlərinə həssas yanaşması təqdirəlayiqdir. Onun vətəndaşların qayğılarını dinləyib yerindəcə həll yolları tapmağa çalışması, həlli mümkün olmayan məsələləri isə aidiyyəti qurumlara yönləndirməsi, seçicilərə olan diqqət və qayğısının bariz nümunəsidir.
Bu cür məsuliyyətli və vətəndaşların problemlərinə operativ yanaşan deputatların fəaliyyəti, cəmiyyətin rifahına və bölgənin inkişafına mühüm töhfə verir. Azər Əmiraslanovun ayda iki dəfə seçicilərlə görüşməsi, onların problemlərini yerində dinləməsi və həlli üçün konkret addımlar atması, onun vəzifəsinə olan yüksək məsuliyyətini və seçicilərinə olan sadiqliyini göstərir.
Bu kimi görüşlər dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə, problemlərin daha çevik həllinə və insanlarda dövlətə olan inamın artmasına xidmət edir. Ağstafa rayonunda belə səmərəli işlərin görülməsi təqdirəlayiqdir və ümid edirik ki, gələcəkdə bu ənənə daha da genişlənəcək.
Xəbəri paylaş



