Xəbər lenti

“Euronews” Qlobal Bakı Forumundan xüsusi reportaj yayımladı - VİDEO

Tarix: 25-03-2025 14:13     Baxış: 749

“Euronews” telekanalında “Focus” verilişinin növbəti buraxılışı efirə çıxıb. Reportaj martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub.

Mubarizciler.az xəbər verir ki, forum haqqında reportaj telekanalın rəsmi saytında dərc edilib.

"XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksək vəzifəli şəxsləri və siyasətçiləri bir araya gətirdi", - telekanal qeyd edib.

Reportajda göstərilib ki, forumdakı müzakirələr Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik kimi mövzular ətrafında cəmləşib.

"Liderlər daha sıx beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Albaniya öz Avropa istəklərini təsdiqlədi, ekspertlər isə Qərbi Balkanlarda sabitliyin vacibliyini diqqətə çatdırıblar", - “Euronews” qeyd edib.

Telekanal, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibənin kadrlarını təqdim edir ki, burada Azərbaycan lideri Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.

“Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq", - telekanal İlham Əliyevlə müsahibədən bir parçanı təqdim edib.

Həmçinin “Euronews” Albaniya Prezidenti Bayram Beqayla müsahibənin kadrlarını təqdim edib ki, burada həmin dəyərlərin qorunmasının vacibliyini bəyan edib: "Azadlıq, demokratiya, insan ləyaqəti, ədalət - bunlar qorumalı olduğumuz şeylərdir".

Bununla yanaşı, telekanal Balkan yarımadasının təhlükəsizliyi məsələsinə diqqət ayırıb. Bu məsələ ilə bağlı telekanal Monteneqronun sabiq prezidenti Milo Cukanoviçlə müsahibədən bir parça təqdim edib ki, burada o, regionun Avropa ilə qarşılıqlı əlaqəsi və Aİ-yə üzvlük perspektivləri barədə danışıb.

"Bu, Qərbi Balkanlarda siyasi qərarlar qəbul edənlər üçün bir çağırışdır. Amma mənim fikrimcə, söhbət yeni geosiyasi kontekstdə Avropanın gələcəyindən gedir", - Monteneqronun sabiq prezidenti bildirib.

Reportajda həmçinin qeyd olunub ki, forumun iştirakçıları onun qlobal təhlükəsizlik və iqtisadi inkişaf məsələləri üzrə siyasi müzakirələrin formalaşmasındakı rolunu vurğulayıblar.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar