Xəbər lenti

Hüseyn İbrahimov saxlanıldı - Fotolar

Tarix: 24-03-2025 17:16     Baxış: 1 120

Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Mubarizciler.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb.

Araşdırmalarla onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib.

Belə ki, H.İbrahimov qeyd qeyd edilən rayonların ərazisində 5 obyekt və 1 avtomobildən pul, mobil telefon, eləcə də digər qiymətli əşyalar oğurlayıb.

Saxlanılan şəxsin paytaxt ərazisində talama niyyəti ilə əlavə 2 avtomobilin şüşəsini sındırdığı, müxtəlif vaxtlarda qaçırdığı "VAZ" markalı maşınlarla isə qəza törədərək hadisə yerindən yayındığı müəyyən edilib.

Saxlanılan şəxsin digər analoji hadisələrdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar