Xəbər lenti
21-04-2025, 11:54
 

Fuad Zamanovun rəhbərliyi ilə Naftalanda şəhid ailəsi ziyarət edilib - Fotolar

Tarix: 21-03-2025 20:40     Baxış: 2 674

Bu gün Novruz bayramı münasibəti ilə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Zamanov Fuad , bir qrup müəllim və şagirdlər ilə birlikdə məktəbin məzunu olmuş şəhid Mehman Bayramov və Vaqif Bayramovun evini ziyarət edib, Şəhid ailə üzvləri ilə görüşüblər.

Mubarizciler.az xəbər verir ki, Görüşdə  məktəbin məzunu olmuş,Vətən Müharibəsində şəhadətə ucalmış Fərid Adıgözəlovun anası Rahilə Adıgözəlova da iştirak edib.Mehman Bayramov və Vaqif Bayramovun anası,Qəhrəman ana Zeynəb xanım iki oğlunu vətən uğrunda şəhid verib.Mehman Bayramov 01.06.1992-ci ildə,Vaqif Bayramov isə 05.04.2016- cı ildə Aprel döyüşlərində şəhadətə ucalıb.

Məktəbin direktoru Fuad Zamanov ailə üzvlərini Novruz bayramı münasibəti ilə təbrik edib.Daha sonra Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin Şəhid Vaqif Bayramovun adını daşıyan III a sinfinin şagirdləri hazırladıqları kompozisiya ilə Zeynəb anaya bayram  təbriklərini çatdırıblar.

Zeynəb ana şagirdlərə təşəkkürünü bildirdi,şəhid övladlarının hər birimiz üçün  örnək olan həyat yolundan onlara fəxrlə danışdı.Şagirdlərə yaxşı oxumağı tövsiyyə etdi.

Şagirdlər həmçinin Vaqif Bayramovun ailəsi ilə yaxından tanış oldular.Şəhidin həyat yoldaşı Nuranə Bayramova,qızları Zeynəb və Aylin də öz  xatirələrini bölüşüblər.

Qeyd edək ki,Zeynəb və Aylin ibtidai sinifdə hal-hazırda Vaqif Bayramovun adını daşıyan sinifdə təhsil alıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhid ailələri başda olmaqla bütün xalqımızın Novruz bayramı mübarək olsun.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar