Xəbər lenti

Anar Məmmədovun dəstəyi ilə iftar süfrəsi təşkil olunub - Fotolar

Tarix: 19-03-2025 13:39     Baxış: 1 554

Tərtər rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

Mubarizciler.az xəbər verir ki, iftar süfrəsində Tərtər RİH başçısı Müstəqim Məmmədov, Goranboy RİH başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov, Tərtər, Ağdərə və Goranboy rayonundan olan şəhid ailələrinin üzvləri, qazilər, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. İftar süfrəsində Müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması qeyd edilib.

Sonda şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıdan söhbət açaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar