Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - Fotolar

Tarix: 18-03-2025 17:21     Baxış: 994

Xalqımızın milli-mənəvi irsini, qədim ənənələrini və baharın gəlişini təcəssüm etdirən Novruz bayramı münasibəti ilə Naftalan ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, digər məsul əməkdaşlar şəhid ailələrini ziyarət edib, onlarla bayram süfrəsi arxasında əyləşib, bayram münasibəti ilə təbrik edib, birlik və həmrəyliyin rəmzi olan bayram tonqalını birgə alovlandırıblar. 

Mubarizciler.az xəbər verir ki, Ziyarət zamanı millətimizin qəhrəmanlıq tarixindən bəhs edilib. Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Zəfərdir deyə bildirilib. Bu qələbə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı sayəsində əldə olunub. Dövlətimizin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışılıb, onların əziz və dəyərli olduğu bir daha qeyd edilib. ŞİH tərəfindən ailələrə bayram sovqatları təqdim edilib.

Şəhid ailələri daim diqqət mərkəzində saxlanıldıqları üçün dövlət rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. Ənənə halını alan bu cür tədbirlərin şəhid ailələrinə olan diqqət və ehtiramın ifadəsi olduğunu qeyd ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar