Xəbər lenti

DTX ordu ilə bağlı videoları yayan şəxsi istintaqa cəlb etdi

Tarix: 18-03-2025 13:58     Baxış: 728

Martın 17-də sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.

Mubarizciler.az Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir ki, faktla əlaqədar cinayət işi başlanılıb.

Aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.

Müəyyənləşdirilib ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.

Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.

Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar