Xəbər lenti

Goranboyda hərbi hissədə bayram tədbiri keçirildi - Fotolar

Tarix: 18-03-2025 10:44     Baxış: 1 085

Goranboy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə, rayon İcra Hakimiyyəti, Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyinin birgə təşəbbüsü ilə Novruz bayramı tədbiri keçirildi. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə,  rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev,  Hərbi Prokurorluğun rəsmi şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Hərbi Hissənin rəhbərliyi və şəxsi heyyəti, bir qrup şəhid ailəsi, qazi və ictimai fəallar iştirak etdilər.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən Şanlı 44 günlük Vətən Müharibəsinin Azərbaycan tarixinin ən qürurlu və qızıl səlnaməsi olduğunu qeyd edən İcra Başçısı Məhərrəm Quliyev çıxışında, azad edilmiş torpaqlarımızda əsaslı və genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin aparıldığını  bildirdi. İcra Başçısı  vurğuladı ki, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası  ilə in¬sanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılır. Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri abadlaşır və yenidən gözəl bir diyara çevrilir. Məhz cənab Prezidentimiz tərəfindən 2025-ci ilin  “konstitusiya və suverenlik ili” elan edilməsi də mənəvi və siyasi baxımdan çox əlamətdardır. Tədbirdə, hərbi xidmətdə fəqrqlənən bir qrup hərbiçiyə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları verildi. Rayonun mədəniyyət evlərinin və incəsənət nümayəndələrinin təqdimatında novruz adət-ənənələri və bayram konserti nümayiş etdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar