Xəbər lenti
10-09-2025, 09:44
 

“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi keçiriləcək 0

Tarix: 18-02-2023 13:59     Baxış: 13 924

“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi keçiriləcək

MUBARİZCİLER.AZ xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi keçiriləcək.

Müsabiqə 3 yaş kateqoriyası üzrə (6-9, 10-13, 14-17)  həyata keçiriləcək.

Şagirdlər 17 fevral - 10 mart 2023-cü il tarixləri arasında hər üç yaş qrupu üzrə müsabiqənin mövzusuna uyğun rəsm əsərlərini yekunlaşdırmalıdırlar.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

-  Müsabiqəyə mövzuya uyğun rəsmlər təqdim olunmalıdır;

- Rəsm müsabiqəsinə hər bir iştirakçı 1 rəsm işi göndərə bilər;

- Müsabiqəyə qatılan məktəb hər yaş qrupu üzrə 1 rəsm işi təqdim etməlidir;

- İki və daha çox iştirakçının birgə hazırladıqları işlər qəbul edilmir;

- Rəsmin işlənmə texnikası sərbəstdir; (quaş, sulu boya, rəngli qələmlər, kollaj, yağlı boya və s.);

- Rəsmlər A3 formatda təqdim edilməlidir;

- Rəsm işləri təqdim edilərkən iştirakçı haqqında ətraflı məlumat – şəhər (rayon), təmsil etdiyi məktəb, sinif, şagirdin adı, soyadı, atasının adı, təvəllüdü və əlaqə vasitəsi qeyd olunmalıdır; 

- Müsabiqəyə təqdim olunan rəsm əsərləri geri qaytarılmır.

Müsabiqənin I, II, III yerin qalibləri hədiyyə, diplom və sertifikatlar ilə təltif olunacaqlar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar