Xəbər lenti

Deputat Ağalar Vəliyev şəhid,qazi, əlil və aztəminatlı ailələrə bayram sovqatı göndərib

Tarix: 16-03-2025 00:44     Baxış: 952

Xaçmazda şəhid, qazi, əlil və aztəminatlı ailələrə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdədə isə ağsaqqallara bayram sovqatları çatdırılıb.

Mubarizciler.az xəbər verir ki, Novruz bayramı münasibətilə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev tərəfindən 57 saylı Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Təbrikdə deyilir ki, Novruz bayramı xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı nümayiş etdirir.

Xalqımız Novruz bayramını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan şanlı Zəfərimizin və Böyük Qayıdışımızın doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.

Həmçinin deputatın təşəbbüsü və dəstəyi, rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, şəhid ailələrinin, qazilərin və oruc tutan sakinlərin iştirakı ilə Xaçmazda 550 nəfərlik İftar mərasimi təşkil olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar