Xəbər lenti

Daşkəsənin İcra başçısı vətəndaşların müraciətlərini dinləyib - Fotolar

Tarix: 15-03-2025 15:47     Baxış: 553

Daşkəsən Rayon İcra Hakimiyyətində 14.03.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonda vətəndaşların müraciətlərinin dinlənilməsi və problemlərinin həlli məqsədilə mütəmadi olaraq qəbul tədbirləri təşkil olunur. Bu tədbirlər vətəndaşların dövlət orqanları ilə birbaşa ünsiyyət qurmasına, müraciətlərinin səmərəli şəkildə həllinə şərait yaradır və nəticədə vətəndaş məmnunluğunu təmin edir.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti dəfə vətəndaşları qəbul edib, onların müxtəlif məsələlərlə bağlı fərdi müraciətlərini dinləyib. Sakinlərin işlə təminat, sosial, mənzil-məişət məsələləri, infrastrukur və digər mövzular üzrə müraciətləri nəzərdən keçirilib. Yerində həll edilə bilən məsələlər icra olunub, tapşırıqlar verilib və aidiyyəti qurumlar prosesə cəlb olunub. Həlli vaxt və əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə nəzarət qaydasında qeydiyyata alınıb.   




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar