Xəbər lenti

Deputat və İcra Başçısının təşkilatçılığı ilə Xaçmazda iftar süfrəsi təşkil edilib - Fotolar

Tarix: 15-03-2025 15:37     Baxış: 560

Xaçmaz rayonunda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə 550 nəfərlik iftar süfrəsi təşkil olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz  Rayon Təşkilatının sədri Məhəmməd Baladaşaov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak ediblər. 

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə qəhrəmanlıqlarından danışıblar. Dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən biri olduğu vurğulanıb. 

İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar