Xəbər lenti

Elçin Kərimovun rəhbərliyi ilə Gəncədə görüş keçirilib - Fotolar

Tarix: 14-03-2025 23:51     Baxış: 2 303

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Mubarizciler.az ın məlumatına görə, görüşdə "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon (şəhər) mərhələsi, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi, Respublika fənn olimpiadalarının illər üzrə statistikası təqdim edilib. Fənn Olimpiadalarına hazırlıq mərkəzləri, onun fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, region üzrə 8 olimpiadaya hazırlıq mərkəzində 295 şagird dərslərə cəlb edilib 281 dərs əyani, 103 dərs isə onlayn şəkildə həyata keçirilib.

Həyata keçirilən fənn aylıqları, "Kod saatı" Məktəblilərarası Milli Hakaton 2025 və "Zəkaların mübarizəsi" olimpiadası barədə ətraflı məlumat verilib.

Bundan əlavə, görüş çərçivəsində müəssisə rəhbərlərinə son üç il ərzində aparılmış keyfiyyət inspeksiyalarının nəticələri əsasında hazırlanmış çərçivə sənədi təqdim edilib. Müəssisələrdə həyata keçirilmiş yoxlama monitorinqlərinin nəticələri, aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədi ilə tapşırıq və tövsiyələr verilib.

Daha sonra görüş müəssisə rəhbərlərinin qarışılıqlı müzakirəsi ilə davam edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar