Polis Akademiyasında “Kibertəhlükəsizlik və Rusiya Federasiyası və Azərbaycan Respublikasında informasiya risklərinin idarə olunması” mövzusunda videokonfrans keçirilib - Fotolar
Rusiya DİN-in Ufa Hüquq İnstitutu və Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə videokonfrans keçirilib.
Mubarizciler.az Polis Akademiyasına istinadən xəbər verir ki, 11 mart 2025-ci il tarixində Rusiya DİN-in Ufa Hüquq İnstitutu və Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və Rusiya Federasiyası və Azərbaycan Respublikasında informasiya risklərinin idarə olunması” mövzusunda videokonfrans formatında elmi dərnəklərin birgə iclası keçirilib.
Tədbirdə Akademiyanın “İctimai elmlər” kafedrasının baş müəllimi, polis polkovniki Heydər Heydərov, “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının müəllimi, polis polkovnik-leytenantı Rüfət Həsənov, Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Cəfərov əsas təşkilatçılar, Akademiyanın Hüquq fakültəsinin 3-cü kurs V taqım kursantı Abbasov Elbrus, 4-cü kurs VII taqım kursantları İsayev Erol və Rzayev Sabir, 5-ci kurs III taqım kursantı Hüseynzadə Azər, həmin kursun IV taqım kursantları Babazadə Elnur və Məmmədov Qəhrəman isə elmi dərnəyin üzvləri qismində iştirak ediblər.
Polis Akademiyasının kursantları Babazadə Elnur “Sosial mühəndislik və fişinq hücumlarından mühafizə”, Abbasov Elbrus “Kiberməkanda kibertəhlükəsizlik və insan hüquqlarının müdafiəsi, İsayev Erol “Kibertəhlükəsizliyin hüquqi aspektləri və fərdi məlumatların mühafizəsi”, Rzayev Sabit “Kompüter cinayətkarlığı və kibertəhqiqat”, Hüseynzadə Azər “İnformasiya sistemlərinin psixoloji komponentləri”, Məmmədov Qəhrəman “Kibercasusluğun texnikası və təhdidləri” mövzularında məruzə ilə çıxış ediblər.
Polis Akademiyasının kursantları Hüseynzadə Azər birinci yer, Abbasov Elbrus ikinci yer, Məmmədov Qəhrəman üçüncü yer, Babazadə Elnur “Münsiflər heyətinin xüsusi mükafatı” nominasiyası, İsayev Erol “Ən yaxşı praktiki təcrübə” nominasiyası, Rzayev Sabit “Ən yaxşı tədqiqat işi” nominasiyası üzrə təltif ediliblər.
Xəbəri paylaş



