Xəbər lenti

Xətai rayonunda “Vətənim Azərbaycan” adlı rəsm sərgisi keçirilib - Fotolar

Tarix: 14-03-2025 17:47     Baxış: 1 064

2025-ci il martın 14-də YAP Xətai rayon təşkilatının inzibati binasında rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayon məktəblilərinin Novruz bayramına həsr olunan  “Vətənim Azərbaycan” adlı rəsm sərgisi keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçılarını salamlayan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev bildirib ki, sərgidə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü olan şagirdlərin 21 rəsm əsəri və  6 əl işi nümayiş olunur. O qeyd edib ki, bu cür sərgilərin keçirilməsi yaradıcı gənclərin aşkar edilməsi və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ramil Mirzəyev gənc istedadlarımızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edib. 

Rəsm sərgisində iştirak edən məktəblilərin fəallıqlarını təqdirəlayiq hesab edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağızadə əsas məqsədin uşaqların dünyaya baxışlarını, rəng duyumlarını, milli-mənəvi dəyərlərlə bağlı düşüncələrini ortaya qoymağa şərait yaratmaq olduğunu vurğulayıb.  

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musateva bu cür sərgilərin keçirilməsini alqışladığını bildirib və təşkilatçılara minnətdarlığını ifadə edib. 

Sonra qonaqlar sərgi ilə tanış olublar. Şagirdlərin Novruz bayramının gözəlliyinə və baharın zərifliyinə həsr olunan rəsm əsərləri öz orijinallığı ilə  sərgi iştirakçılarının diqqəti cəlb edib. 

Sonda sərgi iştirakçıları diplomla mükafatlandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar