Xəbər lenti

Orxan Abbasov növbəti dəfə vətəndaşları dinləyib - Fotolar

Tarix: 13-03-2025 23:12     Baxış: 448

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 13.03.2025-ci il tarixdə Alunitdağ qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Alunitdağ qəsəbəsində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Sakinləri müqəddəs Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov çıxışında Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşmaqla sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlarının Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanıldığını və rayon ərazisində yerlərdə vətəndaşlarla səyyar qəbulların mütəmadi olaraq keçirildiyini bildirib. İcra başçısı ötən dövrlər ərzində Alunitdağ qəsəbəsində xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həllinə dair bir sıra ciddi addımların atıldığını diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə Alunitdağ qəsəbə tam orta ümumtəhsil məktəbi təmir edilib, qəsəbənin bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri yenisi ilə əvəzlənib, xeyir-şər evi təmir edilərək dam örtüyü dəyişdirilib, “Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində qəsəbənin kanalizasiya sistemləri yenidən qurulub, əlavə içməli su xətti çəkilib, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin olunub. Ən əsası isə vaxtilə mindən artıq işçinin çalışdığı “Alunit” İstehsalat Sahəsinin yenidən işə salınması istiqamətində işlər davam etdirilir.

Daha sonra sakinlərin müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin araşdırılması və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən qəsəbə sakinləri yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən, problemlərinin həllində onlara yaxından köməklik olunmasından razılıq edərək, hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar