Xəbər lenti

Vüqar Novruzov səyyar qəbul keçirib - Fotolar

Tarix: 13-03-2025 15:25     Baxış: 735

Naftalan şəhərində sakinlərin müraciətlərini təmin etmək məqsədilə növbəti səyyar qəbul-görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Şəhərin Mehman Bayramov, Xəqani Şirvani və İsa Məmmədov küçələrinin sakinləri ilə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı, Polis Şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Qaldırılan məsələlərin böyük qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar