Gəncə Dövlət Universitetinin tələbələri bir sıra tarixi abidələri ziyarət edib - Fotolar
Bu gün Gəncə Dövlət universitetinin Tarix Coğrafiya Fakültəsi Gdu 'nin Tarix ixtisası 4-cü kurs tələbələrini, Gəncə şəhərinin ziyalı xanımı ,millət vəkili ,tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə və eyni zamanda universitet nümayəndələri ilə birlikdə ,orta əsirlərin ən böyük şairi və mütəfəkkirlərindən biri hesab edilən , Azərbaycan ədəbiyyatının klassiki və farsdilli poeziyanın görkəmli nümayəndəsi , epik poeziyanın ustadı Nizami Gəncəvinin məqbərəsini , muzeyini və eyni zamanda dahi şairin valideyinlərinin məzarını ziyarət etdik.
Nizami Gəncəvi dünyada Xəmsə (beşlik ) adlanan beş poeması ilə tanınır . Nizami Gəncəvi ədalət ,məhəbbət , insan ləyaqəti , elm və biliyin üstünlüyü kimi mövzularda dərin fikirlər irəli sürmüşdür. O, dövrünün feodal ədalətsizliyinə qarşı çıxmış ,insan azadlığı və mənəvi kamilliyə çağırış etmişdir . Bununlada Nizami Gəncəvi öz dövrünün və indiki dövrün bir çox şairləri üçün ilham mənbəyi olmuşdur . Nizami Gəncəvi məqbərəsi ve irsinə cənab prezident, ali baş komandan İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilir ki ,2011-ci ildə Nizami Gəncəvinin 870-illik yubileyi qeyd edilmiş , bu münasibətlə məqbərə yenidən qurulmuşdur . Yenidənqurma işləri çərçivəsində Heydər Əliyev fondunun dəstəyi ilə Nizami Gəncəvinim məqbərəsi önündə Nizami Gəncəvi muzeyi inşa edilmişdir . Bundan əlavə 2021 -ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Nizami Gəncəvi İli" elan edilmişdir . Bu il ərzində respublika ərazisində əsasəndə qədim Gəncə şəhərində silsilə tədbirlər keçirilmişdir . Azərbaycan gəncliyi hərzaman tarix və ədəbiyyaımıza xüsusi diqqət göstərir .
Kənan Qurbanov
Xəbəri paylaş



