Xəbər lenti
25-07-2026, 19:27
 

Prokurorluq əməkdaşları “Tvinninq” layihəsi çərçivəsində təşkil olunmuş tədris turunda iştirak edib - FOTO 0

Tarix: 17-02-2023 20:28     Baxış: 1 343

Prokurorluq əməkdaşları “Tvinninq” layihəsi çərçivəsində təşkil olunmuş tədris turunda iştirak edib

MUBARİZCİLER.AZ  xəbər verir ki, bununla bağlı Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində car ilin 13-15 fevral tarixlərində Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasında tədris turunda iştirak edib. 

Səfər zamanı İtaliya Respublikasının aktivlərin aşkar olunası, izlənməsi, bərpası, idarə edilməsi və maliyyə istintaqına dair təcrübəsi yaxından öyrənilib.


Səfər çərçivəsində İtaliya Respublikasının Maliyyə Qvardiyasında, həmin qurumun Valyutanın saxtalaşdırılmasına qarşı Mübarizə üzrə xüsusi Xidmətində, “Beynəlxalq əməkdaşlıq  Xidməti” (SCİP) ilə keçirilmiş görüşlərdə mütəşəkkil cinayətkar qrupların cinayət aktivlərinin müəyyən edilməsi, üzərinə həbs qoyulması, bərpası və istifadəyə yönləndirilməsi, çirkli pulların yuyulması və maliyyə cinayətləri ilə mübarizədə istintaq metodologiyası və müsadirə alətləri və digər mövzularda çıxış, təqdimatlar edilmiş və müzakirələr aparılıb.


Bundan başqa, Maliyyə Qvardiyasının Mütəşəkkil Cinayətkarlığın İstintaqı Xidməti tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın aşkarlanması, izlənməsi və bərpası, aktivlərin idarə edilməsi mövzusunda çıxışlar edilib, qurumun “Molecula” məlumat bazasının təhlilinə dair məlumat verilib.


Keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluqda davam etdirilən hüquqi islahatlar, həmçinin Müzəffər Ali Baş komandanın rəhbərliyi altında şücaətli ordumuzun 30 ilə yaxın müddət ərzində Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan əraziləri azad etmələrinə dair məlumatlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar