Xəbər lenti

Ağstafada “Keşikçidağda Novruz adət-ənənələri yaşadılır” adlı bayram tədbiri keçirilib - Fotolar

Tarix: 11-03-2025 12:14     Baxış: 2 478

 “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə RİH başçısı bayram təbriklərini çatdırıb, milli mənəvi dəyərlərimizi təcəssüm etdirən bu cür tədbirlərin təşklinin yüksək əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan olan Novruzun dəyərlərinin yaşadılması, gənc nəsilə aşılanması, o cümlədən  Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır. 

Tədbir qoruğa məxsus informasiya mərkəzində qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, udun sədaları altında və kosa, keçəl, Bahar qızının müşayiəti ilə milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atlarının gəlişi ilə başlamışdır. 

“Kitab-i Dədə Qorqud” dastanının əsas prototipi hesab edilən el ağsaqqalı Dədə Qorqudun  dilindən ibrətamiz sözlər söylənilmiş, Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları və xalçalarla, saxsı nümunələri ilə bəzədilmiş alaçıqlar nümayiş etdirilib. Kiçik karateçilərin göstərdikləri idman nümunələri də maraqla qarşılanıb.

İstedadlı gənclərin təqdim etdikləri konsert proqramından sonra Novruz tonqalı alovlandırılıb, ətrafında güc, harmoniya və birlik simvolu hesab edilən milli  Yallı rəqsi oynanılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar