Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

İlham Əliyev Şimali Makedoniya Prezidentini qarşıladı - Fotolar

Tarix: 11-03-2025 12:07     Baxış: 854

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıda rəsmi qarşılanma mərasimi olub.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.

Şimali Makedoniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar