Xəbər lenti

Şirvan Polisi əməliyyat keçirib saxlanılanlar var - Fotolar

Tarix: 11-03-2025 11:58     Baxış: 931

Şirvanda oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Mubarizciler.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Şirvan şəhəri ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 5000 manatdan artıq olan metal avadanlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə faktı törətməkdə şübhəli bilinən Daşqın Mütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov müəyyən olunaraq saxlanılıblar. İ.Gözəlovun bir təsərrüfatdan iki baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə Ramil Zeynalov, Azad Həsənov, Sahib Nuralıyev, Mirabbas Səfərov və Elcan Əmirov saxlanılıblar. Onlardan müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar