Xəbər lenti

Seymur Əfəndiyevin rəhbərliyi ilə Polis Şöbəsində görüş keçirilib - Fotolar

Tarix: 08-03-2025 17:53     Baxış: 1 645

Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında polis akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri və valideynləri ilə görüş keçirilib.  

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüş zamanı iştirakçılara ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında, eləcə də hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verilib. Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib.

Həmçinin polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında onlara geniş məlumatlar verilib.

Tədbirin sonunda məktəbliləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar