Xəbər lenti

Naftalanda ağacəkmə aksiyası keçirilib - Fotolar

Tarix: 08-03-2025 11:47     Baxış: 791

Azərbaycan qadını bütün dövrlərdə istedadı, zəkası, zəhməti, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına misilsiz töhfələr vermişdir. Tarixin və mədəniyyətin bir çox şanlı, parlaq səhifələri məhz onun adı ilə bağlıdır. Azərbaycan qadını ailə dəyərlərinin qoruyucusu olmaqla bərabər bəşəriyyətin mədəni fikir xəzinəsinə dəyərli incilər bəxş edən yaradıcı insanlar, tanınmış alimlər, fədakar qəhrəmanlar bəxş edib.

Mubarizciler.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin “8 Mart-Beynəlxalq Qadınlar Günü” ərəfəsində şəhərin Heydər Əliyev parkının ərazsində ağacəkmə aksiyası keçirilib. 

Təbirdə ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan bir qrup qadınlar iştirak edib.

Azərbaycan qadını bu sahədə də öz fəallığı və vətənpərvərliyi ilə seçilərək, gələcək nəsillərə daha yaşıl və sağlam mühit miras qoymağa çalışır. Aksiya ekoloji tarazlığın qorunması ilə yanaşı ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar