Xəbər lenti

Goranboyda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib - Fotolar

Tarix: 08-03-2025 01:32     Baxış: 777

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə YAP Goranboy rayon təşkilatının mətbuat xidməti məlumat yayıb.

Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, şəhid ailələrinin üzvləri və partiyanın qadın fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov bildirib ki, ölkəmizdə gender siyasətinin  gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması, mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunması Azərbaycanda qadın hüquqlarının müdafiəsinin uğurlu nümunəsidir. O vurğulayıb ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.

Çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verilən Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Gününün yüksək səviyyədə qeyd olunduğunu bildirib. O qeyd edib ki, Azərbaycan xalqının əsrlərdən bəri qoruduğu milli-mənəvi dəyərlər arasında hamı üçün müqəddəs olan qadına hörmət, anaya qaygı həmişə üstün olub: “Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlanılır”.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov, şəhid, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova şəhid ailələrinə göstərilən dövlətin diqqət və qaygıdan söhbət açıblar.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə hədiyyələr verilmiş, YAP sıralarına yeni daxil olmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar