Xəbər lenti

Gəncədə Beynəlxalq Qadınlar Günü münasibətil bir qrup təhsil işçiləri təltif edilib - Fotolar

Tarix: 07-03-2025 21:24     Baxış: 931

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup təhsil işçisi təltif olunub. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər  Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən bir qrup qadın təhsil işçisi ilə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Tədrisin keyfiyyəti sektorunun müdiri Elmin Məmmədtağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Niyazi Nəbiyev və bir qrup qadın təhsil işçiləri iştirak edib. 

Çay süfrəsi ətrafında baş tutan görüşdə çıxış edənlər qadın təhsil işçilərini bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək, onların gənc nəslin formalaşmasında, bilik və bacarıqlarının inkişafında, milli-mənəvi dəyərlərin qorunub yaşadılmasında mühüm rol oynadıqlarını vurğulayıblar. 

Sonda tədbirdə iştirak edən qadın təhsil işçilərinə  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fəxri Fərman və hədiyə təqdim edilib. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar