Xəbər lenti

Seymur Orucov səyyar qəbul keçirdi - Fotolar

Tarix: 06-03-2025 17:19     Baxış: 686

Seymur Orucov Köçəsgər kəndində növbəti dəfə vətəndaşları dinləyib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa RİH başçısının Köçəsgər kənd 1 nömrəli kənd tam orta məktəbində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların məsul şəxsləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Diqqətə çatdırılıb ki, yerlərdə təşkil olunan səyyar qəbulların, sakinlərlə keçirilən görüşlərin başlıca məqsədi vətəndaş məmnunluğunu təmin etmək, əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. O cümlədən hər bir vətəndaş “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadığı ünvanı tərk etmədən müxtəlif məzmunlu müraciətini aidiyyəti üzrə göndərə bilər.

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb, həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar