Xəbər lenti

Göygöl rayon 1 nömrəli tam orta məktəbdə I yarımilin yekunları ilə bağlı hesabat xarakterli görüş keçirilib - FOTO 0

Tarix: 17-02-2023 15:14     Baxış: 2 892

I yarımilin yekunları ilə bağlı hesabat xarakterli görüş keçirilib. 


Göygöl rayon 1 nömrəli tam orta məktəbdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, sektorun əməkdaşları, ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə I yarımilin yekunları ilə bağlı hesabat xarakterli görüş keçirilib. 

MUBARİZCİLER.AZ xəbər verir ki, Görüşdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin sağlam rəqabətin yaranmasına təsiri və  şagirdlərlə işin düzgün qurulması istiqamətində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.


Görüşdə həmçinin sektor müdiri Elnur qasımov ADA Universiteti tərəfindən həyata keçirilən “Bir müəllimin manifesti” proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak etmək hüququ qazanan  Haçaqaya kənd ümumi orta məktəbin  biologiya müəllimi Züleyxa Vəliyevanı təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. 


Görüşdə sektor əməkdaşları və bir neçə ümumtəhsil məktəbinin direktoru 2022-2023-cü tədris ilinin I yarımili üzrə fəaliyyətlərindən bəhs edən hesabatla çıxış ediblər. 


Müzakirələrdə ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəblərdə tərbiyə işinin təşkili və digər mövzularda fikirlər dinlənilib, təklif və tövsiyələr səsləndirilib, maraq doğuran məsələlərə dair suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar