Xəbər lenti

İcra başçısı və deputat vətəndaşların müraciətlərini dinləyib - Fotolar

Tarix: 05-03-2025 22:46     Baxış: 483

Martın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 282 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb.

 Mubarizciler.az xəbər verir ki, Görüşdə Milli Məclisin deputatı Qaya Məmmədov da iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıb. O, bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik dövlət quruculuğu sayəsində ölkəmizin iqtisadiyyatı inkişaf edir, xalqımızın rifah halı yaxşılaşır. Bu gün aparılan düşünülmüş xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq arenadakı nüfuzu artaraq ölkəmiz dünyada söz sahibinə çevrilib. RİH başçısı əmiliklə vurğulayıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır.

Həmçinin, Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək bildirib ki, sakinləri narahat edən problemlərin həlli ilə bağlı məsələlər müntəzəm olaraq Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılır və bundan sonra da bu istiqamətdə lazımi tədbirlər həyata keçiriləcək.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar