Xəbər lenti

Goranboyda "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" qeyd edilib - Fotolar

Tarix: 05-03-2025 22:17     Baxış: 945

 Goranboy rayonunda "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" qeyd edilib. 

Mubarizciler.az xəbər verir ki, 5 mart 2025-ci il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy rayon İcra Hakimiyyəti, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və ATİAHİ Goranboy rayon komitəsi birgə təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində "5 mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş idman ictimaiyyətinin iştirakı ilə görüş təşkil edildi.

 Tədbirdə Ümummilli lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçılarına ilk öncə Azərbaycan Respublikasının idman sahəsində əldə etdiyi uğurlardan və beynəlxalq yarışlarda qazanmış nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirildi. 

 Çıxış edən natiqlər idmanın inkişafına göstərilən diqqət və qayğıdan, həmçinin "Bədən Tərbiyəsi və İdman Günü"nün təsis edilmə tarixindən söz açaraq bütün idman ictimaiyyətini təbrik etdilər.

Ənənəvi olaraq il ərzində idman sahəsinin inkişafında göstərdikləri xidmətlərə görə məşqçi müəllimlər və idmançılar fəxri fərman və təşəkkürnamə ilə təltif olundular. Tədbirdə "Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə müəllimlər arasında keçirilmiş nərd yarışının qalibləri mükafatlandırıldı.

 Sonda "Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə tort kəsildi və xatirə şəkli çəkildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar