Xəbər lenti

Orxan Abbasov vətəndaşların müraciətlərini dinləyib - Fotolar

Tarix: 05-03-2025 21:50     Baxış: 532

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 05.03.2025-ci il tarixdə Əmirvar-Əhmədli kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Əmirvar-Əhmədli kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Sakinləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov qəbulu giriş nitqi ilə açaraq deyib ki, Prezident cənab İlham Əliyevin tapşırığı ilə rayonun hər bir yaşayış məntəqəsində vətəndaşlarla  keçirilən qəbulların məqsədi sakinlərin öz müraciətlərini uzaq məsafələr qət etmədən bildirməsi, əhalini narahat edən problemlərin öyrənilməsi, rayon səviyyəsində həlli mümkün müraciətlərin yerində həll edilməsi, mərkəzi icra hakimiyyəti və digər idarəetmə orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin isə ümumiləşdirilərək aidiyyəti qurumlar qarşısında qaldırılmasıdır. İcra başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərinin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanılır.

Sonra sakinlərin müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair müvafiq tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən Əmirvar-Əhmədli kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə  Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra icra başçısı Orxan Abbasov Əmirvar-Əhmədli kəndində  icma əsaslı məktəbəqədər təhsil xidməti təşkil edilmiş sinif otağına baxış keçirib və məktəbəqədər təhsilə cəlb olunmuş 3-5 yaşlı uşaqlar üçün yaradılmış şəraitlə tanış olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar