Xəbər lenti

Deputat Şəhid ailəsini ziyarət edib - Fotolar

Tarix: 05-03-2025 21:17     Baxış: 805


Milli Məclisin deputatı Anar Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və ziyalıları ilə birlikdə Tərətr rayonunun Nizami küçəsində şəhid Mehdiyev Yasən Alim oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.

Qeyd edək ki, Mehtiyev Yasən 19 yaşında şəhidlik zirvəsinə ucalıb. O, 44 günlük Vətən müharibəsində oktyabr ayının 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, oktyabrın 24-də rayonun Sarcalı kəndində dəfn olunub. Xatirəsini əbədiləşdirmək məqsədilə anadan olduğu küçədə onun adına xatirə bulağı inşa edilib.

Şəhid Mehtiyev Yasən Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar