Xəbər lenti

Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib - Fotolar

Tarix: 03-03-2025 18:41     Baxış: 721

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib.

3 mart 2025-ci il tarixində keçirilən qəbul zamanı Xaçmaz və Şabran rayon sakinlərinin müraciətləri dinlənilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək, abidəsi önünə gül dəstələri qoyulub.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında alimentin ödənilməsi, sosial yardım, işlə təmin olunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar